"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1615
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalı günü ilə bağlı tədbir keçirilib
Tədbirlər 20 Avqust, 2018

Avqustun 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ermənistan silahlı birləşmələrinin Füzuli və Cəbrayılı işğal etməsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, departament və şöbə rəhbərləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri iştirak ediblər. Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan ərazilərinin Ermənistanın işğalı altına düşməsinin səbəb və nəticələrindən danışarkən bildirib ki, dövlət müstəqilliyinin bərpasının ilk illərində respublikamızda ordu quruculuğunun ləngidilməsi, vahid komandanlığın formalaşdırılmaması, hərbi-siyasi rəhbərliyin iradəsizliyi xalqımızı ağır bəlalara düçar edib. Məhz buna görə də xaricdən verilən hərbi kömək hesabına Ermənistan öz işğalçılıq planlarını həyata keçirib. 1993-cü ilin 23 avqustunda Cəbrayılı və Füzulini ələ keçirən ermənilər, işğal etdikləri hər bir yaşayış məntəqəsində olduğu kimi, bu rayonlarda da qətl, qarət və dağıntılar törədib, yerli sakinləri doğma torpaqlarından didərgin salıblar. BMT Təhlükəsizlik Şurası hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının işğal etdikləri Füzulidən, Cəbrayıldan, Qubadlıdan və digər ərazlərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul etsə də, bu qətnamə də digərləri kimi icra edilməyib, kağız üzərində qalıb. Yalnız ulu öndər Heydər Əliyev respublikada ali siyasi rəhbərliyə qayıdıb müstəqil dövlət quruculuğuna başladıqdan sonra qısa müddətdə yenidən səfərbər edilən ordu bölmələrimizin 1993-cü ilin dekabrında həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və 20 kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağda qoşunların təmas xəttində Ermənistanın hərbi təxribatlarının qarşısının qətiyyətlə alınması barədə əmrini yerinə yetirən ordumuzun qəhrəman əsgər və zabitləri 2016-cı ilin aprelində işğalçı qüvvələri Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyindən və ətraf ərazilərdən geri çəkilməyə məcbur ediblər. Nəticədə dinc əhalinin Cocuq Mərcanlı kəndinə qayıdıb öz yurd yerlərində yaşamasına şərait yaranıb və çox qısa bir vaxtda həmin kənd bərpa edilərək, müxtəlif bölgələrdə məcburi köçkün kimi müvəqqəti məskunlaşmış sakinlərin buraya köçürülməsinə başlanılıb. Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal edilmiş rayonlardakı təşkilatlarının rəhbərləri, Füzuli və Cəbrayıl rayonundan olan ziyalılar və keçmiş döyüşçülər çıxış ediblər. Sonda “Erməni işğalında qalan Cəbrayıl” filmi nümayiş etdirilib.

19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib