"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1428
Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib
Tədbirlər 13 Oktyabr, 2018

Şəkidə, məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəki Şəhər Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə sağlamlıq aksiyası keçirilib. Müxtəlif ixtisaslı 11 həkimdən ibarət tibb briqadası qəsəbə sakinlərini müayinə edib, onlara yardım göstərib və məsləhətlər verib. Bildirilib ki, ölkəmizdə səhiyyə sektorunun inkişaf etdirilməsi sosial sahədə dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsi və onların ən müasir avadanlıqlarla təchiz olunması, səhiyyə işçilərinin peşə səviyyəsinin yüksəldilməsi əhalinin sağlamlığının qorunmasına xidmət edir. Hər bir vətəndaş dövlət xəstəxanalarına müraciət edərək ödənişsiz müalicə və müayinə oluna bilər. Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini, o cümlədən tibbi xidmətlə təminatını daim diqqətdə saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məcburi köçkünlərin, eləcə də bütün vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır, onların müayinə və müalicəsinin təşkilinə, mürəkkəb cərrahiyə əməliyyatlarının icrasına yardım göstərir. Dövlət başçısının tapşığı ilə məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə tibb məntəqəsi yaradılır və sakinlərin istifadəsinə verilir. Aksiya zamanı məcburi köçkünlərə stomotoloji, kardioloji, endokrinoloji və digər xəstəliklər üzrə müayinədən keçmək imkanı yaradılıb. Həkimlər briqadası 100 nəfərdən çox məcburi köçkünü müayinə edib. Ağır xəstələr və cərrahiyyə əməliyyatına ehtiyacı olanlara Bakı şəhərindəki xəstəxanalara göndəriş verilib. Şəki şəhərində növbəti sağlamlıq aksiyasının məcburi köçkün ailələrinin yaşadığı Turan qəsəbəsində keçirilməsi planlaşdırılır.

17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib