"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1674
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
Tədbirlər 19 Mart, 2019

Məcburi köçkünlərin yaşadıqları qəsəbələrdə Novruz bayramı münasibətilə tədbirlər keçirilib.

 

Abşeron rayonunda yeni istifadəyə verilmiş 1000 ailəlik yaşayış kompleksində keçirilən ilk Novruz şənliyində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru, millət vəkili Mahir Abbaszadə, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Novruz bayramı münasibəti ilə sakinləri təbrik edən Dövlət Komitəsinin sədri ölkə rəhbərliyinin məcburi köçkünlərə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb, müasir tipli yeni qəsəbənin də bunun növbəti təzahürü olduğunu bildirib. Prezident İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, həmin ərazilərdə də Novruz tonqallarının qalanacağına əminlik ifadə olunub. Bildirilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xalqımızın əziz bayramı kimi Novruzun beynəlxalq səviyyədə tanınmasında və qeyd edilməsində mühüm xidməti vardır.

 

Qubadlı rayon icra hakimiyyətinin başçısı məcburi köçkünləri bayram münasibətilə təbrik edib, onlara can sağlığı, firavanlıq arzu edib.

 

Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində keçirilən tədbirdə məcburi köçkünlərin əl işlərindən ibarət sərgi, qədim məişət əşyaları və eksponatlar nümayiş olunub. İdmançı gənclərin çıxışları da maraqla qarşılanıb .

 

Tədbir konsert proqramı ilə davam edib.

 

Bakının Ramana qəsəbəsində yerləşən məcburi köçkün şəhərciyində isə Şuşa Şəhər Icra Hakimiyyətinin və şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bayram şənliyi keçirilib.

 

Şəhərcikdə məskunlaşmış məcburi köçkünlər bayram münasibəti ilə təbrik edilib. Ölkəmizə əmin-amanlıq, əhaliyə bol ruzi-bərəkət arzu edilib. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü dövlət siyasətindən, Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahədəki xidmətlərindən söz açılıb, Novruz bayramını xalqımızın tezliklə Şuşada da qeyd edəcəyinə inam ifadə olunub.

 

Tədbir Şuşa rayon Mədəniyyət Mərkəzinin kollektivinin konsert proqramı ilə davam edib.

 

Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış qəsəbədə də Novruz şənliyi keçirilib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən şənlikdə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov, yerli ziyalılar və ictimai fəallar iştirak ediblər.

 

Milli geyimli 5 çapar qəsəbənin bütün əhalisini bayram tədbirinin keçiriləcəyi əraziyə dəvət edib. Burada şənlik iştirakçılarını Dədə Qorqud və Bahar qız qarşılayıblar. Kosa və Keçəl duzlu-məzəli söhbətləri və zarafatları ilə tədbiri şənləndiriblər.

 

Tədbir iştirakçıları məcburi köçkünlərə məxsus əl işlərindən ibarət sərgiyə, tətbiqi sənət nümunələrinə baxıb, xalq adət-ənənələrini nümayişinə tamaşa ediblər.

 

Bundan başqa qəsəbədə yerləşən idarə, müəssisə və təşkilatların kollektivlərinin hər biri özünün Novruz süfrəsini hazırlayıb. Tədbir iştirakçıları bayram şirniyyyatları və təamlarından dadıblar. Novruz bayramının adətlərindən olan xoruz döyüşdürmək, ənzəli və dirədöymə oyunları böyük maraqla qarşılanıb.

 

Tədbir Muğam Televiziya Müsabiqəsi qaliblərinin və Kəlbəcər aşıqlarının konsert proqramı ilə başa çatıb.

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib